...

Qırğızıstan Prezidenti Almazbek Atambayev Azərbaycana rəsmi səfərə gəlmişdir

Siyasət Materials 29 Mart 2012 21:33 (UTC +04:00)
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev martın 29-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Qırğızıstan Prezidenti Almazbek Atambayev Azərbaycana rəsmi səfərə gəlmişdir

Azərbaycan, Bakı, 29 mart /Trend/

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev cümə axşamı Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Almazbek Atambayev və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Xəbər lenti

Xəbər lenti