...

Azərbaycan hərbiçiləri ABŞ və Türkiyə ilə əməkdaşlıq çərçivəsində keçiriləcək beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 30 Mart 2012 10:29 (UTC +04:00)
Azərbaycan hərbiçiləri ABŞ və Türkiyə ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan hərbiçiləri ABŞ və Türkiyə ilə  əməkdaşlıq çərçivəsində keçiriləcək beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan hərbiçiləri ABŞ və Türkiyə ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcəklər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən, aprelin 9-dan 20-dək Bakıda əldə qayırılmış partlayıcı qurğulara qarşı mübarizə, əməliyatlar və partlayışdan sonrakı təhlil prosesi keçiriləcək.

Hərbiçilərimiz aprelin 3-5-də isə Rumuniyada keçiriləcək peşəkar çavuş heyətinin hazırlanması kursuna qatılacaqlar.

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, aprelin 2-dən mayın 11-dək İstanbulda zabitlər üçün kimyəvi, bioloji, radioloji və nüvə silahlarından müdafiə üzrə təməl kursu işə başlayacaq.

Zabitlərimiz aprelin 8-dən iyulun 7-dək Türkiyədə zabitlər üçün təməl və səhrada tibb xidmətləri stajı keçəcəklər.

Xəbər lenti

Xəbər lenti