...

Natiq Əliyev: Azərbaycan neft strategiyasını düzgün həyata keçirməklə enerji təhlükəsizliyinin təminatçısı kimi tanınır

Siyasət Materials 2 Aprel 2012 12:18 (UTC +04:00)
Dünya əhalisi üçün həyəcanverici siqnal odur ki, 3 milyon insan isitmə və bişirmə imkanından məhrumdur.
Natiq Əliyev: Azərbaycan neft strategiyasını düzgün həyata keçirməklə enerji təhlükəsizliyinin təminatçısı kimi tanınır

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Dünya əhalisi üçün həyəcanverici siqnal odur ki, 3 milyon insan isitmə və bişirmə imkanından məhrumdur. Trend-in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bazar ertəsi Bakıda keçirilən Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin iclasında çıxışı zamanı deyib.

Əliyev bildirib ki, ənənəvi yanacaq növünün ehtiyatları tükənmək üzrədir. Bərpa olunan enerji növləri daha təhlükəsiz enerji mühitinin qurulması üçün çox vacibdir.

Nazir çıxışında vurğulayıb ki, maliyyə böhranı, həmçinin Şimali Afrikada və yaxın Şərqdəki siyasi hadisələr dünya bazarında neftin qiymətlərinə təsir göstərir.

"Biz karbohidrogenlərin istifadə edilməsini, xüsusən neftdən daha effektiv istifadəni diqqətdə saxlamalıyıq, daha çox bərpa olunan və alternativ enerji ehtiyatlarından istifadə etmək lazımdır", - Əliyev əlavə edib.

Əliyev bildirib ki, Azərbaycan neft strategiyasını düzgün həyata keçirməklə enerji təhlükəsizliyinin təminatçısı kimi tanınır. Həyata keçirilən investisiya layihələri Azərbaycanın öz istehsalının gücünü artırıb. 1994-2010-cu illər arasında Azərbaycanda investisiya layihələrinə 35 milyard dollar xərclənib.

Nazir, həmçinin bildirib ki, Azərbaycanın neft təchizatı sutkada 1 milyon barelə çatıb.

Xəbər lenti

Xəbər lenti