...

NATO regionda sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verməlidir – XİN

Siyasət Materials 13 Aprel 2012 11:33 (UTC +04:00)
Azərbaycan NATO-nun tərəfdaşı kimi artıq bir neçə ildir qlobal sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verir, alyansın Əfqanıstandakı əməliyyatlarının aktiv iştirakçısıdır, öz növbəsində, regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaya bilər.
NATO regionda sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verməlidir – XİN

Azərbaycan, Bakı, 13 aprel / Trend, müxbir S.Ağayeva /

Azərbaycan NATO-nun tərəfdaşı kimi artıq bir neçə ildir qlobal sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verir, alyansın Əfqanıstandakı əməliyyatlarının aktiv iştirakçısıdır, öz növbəsində, regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaya bilər. Bunu NATO-nun qarşıdakı Çikaqo sammitinə həsr olunmuş konfransda Azərbaycan XİN-in Təhlükəsizlik Problemləri İdarəsinin rəis müavini Qaya Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanla NATO arsında əməkdaşlıq bir neçə istiqamətdə həyata keçirilir: ən yüksək səviyyədə həyata keçirilən siyasi dialoq, ölkənin alyansın sülhyatama əməliyyatalrında iştirakı, Ermənistan tərəfindən əvvəllər işğal olunmuş Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə kömək və Azərbaycan Ordusunda NATO standartlarının tətbiqinə kömək.

"Məlum olduğu kimi, Azərbaycan Ermənistanla münaqişədədir və bu kontekstdə Azərbaycanın SQ-də NATO standartlarının tətbiqində müəyyən problemlər qarşıya çıxır, ona görə də Azərbaycana alyans tərəfdən yardım zəruridir", - Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan NATO-nun regionda sülhün və sabitliyin təmin olunmasında rolunu gücləndirəcəyinə inanır.

Xəbər lenti

Xəbər lenti