...

Azərbaycan Milli Elmlər Akademiyası yanında Göytəpə Arxeoloji Parkı yaradılacaq

Siyasət Materials 18 Aprel 2012 19:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Milli Elmlər Akademiyası yanında Göytəpə Arxeoloji Parkı yaradılacaq

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Göytəpə arxeoloji kompleksi ərazisində Azərbaycan Milli Elmlər Akademiyası yanında Göytəpə Arxeoloji Parkı yaradılsın. Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı layihələndirmə və tikinti işlərinin başlanılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycanın ən qədim maddi mədəniyyət nümunələri içərisində Tovuz rayonu ərazisindəki Göytəpə arxeoloji kompleksinin özünəməxsus yeri var. Neolit dövrünə aid bu yaşayış məskəni tariximizin öyrənilməsi və eləcə də respublikamızda turizmin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti