...

Ziyafət Əsgərov: Azərbaycanda siyasi məhbusun olması məsələsindən təzyiq vasitəsi kimi istifadə olunur

Siyasət Materials 20 Aprel 2012 13:06 (UTC +04:00)
Milli Məclisin cümə günü keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov siyasi məhbus məsələsi ilə bağlı məsələyə cavab verib.
Ziyafət Əsgərov: Azərbaycanda siyasi məhbusun olması məsələsindən təzyiq vasitəsi kimi istifadə olunur

Azərbaycan, Bakı, 20 aprel / Trend müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov siyasi məhbus məsələsi ilə bağlı məsələyə cavab verib. Trend-in məlumatına görə, vitse-spiker ümumiyyətlə vicdan, siyasi məhbus anlayışlarının olmadığını bildirib.

O, qeyd edib ki, bu anlayışlardan istifadə olunması Azərbaycanın inkişafının qarşısını almaq üçün təzyiq yollarından biridir.

"Bizim Avropada dəfələrlə hüquqşünas alimlərlə söhbətimiz olub. Onlara demişəm ki, hansı ölkənin qanunvericiliyində belə anlayış var? Hüquqşünasıq, gəlin normativ hüquqi sənədlərlə danışaq", - Əsgərov vurğulayıb.

O, Bakıda aparılan işlərin "Eurovision" mahnı müsabiqəsi ilə əlaqələndirilməsini düzgün saymayıb.

"Bu, prezidentin təsdiq etdiyi sosial-iqtisadi proqramların yerinə yetirilməsidir. Siyasi məhbus məsələsinin qaldırılması, "Eurovision" mahnı müsabiqəsini siyasiləşdirmək, Azərbaycanın uğuruna kölgə salmaq düzgün deyil", - Əsgərov bildirib.

Xəbər lenti

Xəbər lenti