...

Azərbaycan və NATO ekspert qrupu arasında işçi görüşü keçirilir

Siyasət Materials 24 Aprel 2012 17:04 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, aprelin 24-27-də Müdafiə Nazirliyinin mütəxəssisləri ilə NATO Maddi-Texniki Təminat (MTT) üzrə ekspert qrupu arasında işçi görüşü keçirilir.
Azərbaycan və NATO ekspert qrupu arasında işçi görüşü keçirilir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, aprelin 24-27-də Müdafiə Nazirliyinin mütəxəssisləri ilə NATO Maddi-Texniki Təminat (MTT) üzrə ekspert qrupu arasında işçi görüşü keçirilir.

Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, işçi görüşünün əsas məqsədi Azərbaycan Respublikası və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (IPAP) MTT üzrə qəbul edilmiş tərəfdaşlıq məqsədlərinin səmərəli həyata keçirilməsinə yardım etməkdən ibarətdir.

Tədbir zamanı MTT üzrə prosedurlar, nəzəri və praktiki aspektlər, MTT əməkdaşlıq sahəsi çərçivəsində hərbi təhsil və təlim, əldə edilmiş təcrübələrin qarşılıqlı öyrənilməsi kimi məsələlər üzrə təcrübə mübadiləsi aparılır.

Xəbər lenti

Xəbər lenti