...

Aİ rəhbəri Azərbaycanda Dağlıq Qarabağ problemini müzakirə edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 İyun 2012 14:36 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) rəhbəri Herman Van Rompey iyulun 5-də Azərbaycana rəsmi səfər edəcək.

İkinci abzasdan sonra əlavə olunub (ilk xəbər 13:54-də yayılıb)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir E.Mehdiyev /

Avropa İttifaqının (Aİ) rəhbəri Herman Van Rompey iyulun 5-də Azərbaycana rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəsi Roland Kobia bildirib.

Onun sözlərinə görə, bu, Rompeyin Bakıya ilk səfəridir. Səfər zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, Azərbaycanla Aİ arasında ikitərəfli münasibətlərin bütün spektrini müzakirə edəcəklər.

"Düşünürəm ki, bu səfər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa daim hazır olduğundan xəbər verir", - Kobia deyib.

"Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu və Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik məsələsi üzrə ali nümayəndəsi Ketrin Eşton bəyan ediblər ki, Aİ Dağlıq Qarabağ ətrafında danışıqlar prosesinə dəstək verməyə və Minsk qrupunun fəaliyyətinə kömək etməyə hazırdır", - Kobia əlavə edib. O əminliyini bildirib ki, Rompey bu prosesə dəstəyini də bəyan edəcək.

Xəbər lenti

Xəbər lenti