...

İspaniyada Azərbaycanın Respublika Günü qeyd olunub

Siyasət Materials 1 İyun 2012 14:58 (UTC +04:00)
28 May - Respublika Günü ilə əlaqədar Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən Madrid şəhərinin ən məşhur “İnterContinentalMadrid” mehmanxanasında rəsmi ziyafət verilib.
İspaniyada Azərbaycanın Respublika Günü qeyd olunub

Azərbaycan, Bakı, 1 iyun /Trend/

28 May - Respublika Günü ilə əlaqədar Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən Madrid şəhərinin ən məşhur "İnterContinentalMadrid" mehmanxanasında rəsmi ziyafət verilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Altay Əfəndiyevin və İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Cənubi Qafqaz üzrə xüsusi səfiri xanım Maria Viktoriya Skola Pliegonun açılış nitqləri ilə başlayıb.

Azərbaycan mədəniyyətinin incəliklərini qonaqlara təqdim etmək məqsədilə Bakıdan musiqişünas Sənubər Bağırovanın rəhbərliyi altında muğam ustası məşhur xanəndə Qoçaq Əsgərov dəvət edilib və əməkdar artist Mircavad Cəfərovun tarda, Elnur Mikayılovun kamançada, Kamran Kərimovun nağarada, Şirzad Fətəliyevin balabanda müşayiəti ilə milli musiqimizi ifa ediblər.

Tanınmış azərbaycanlı fotoqraf Aqdes Bağırzadənin "The Other Side of Me (Mənim digər tərəfim)" adlı fotosərgisi keçirilib.

Ziyafətdə qonaqlara milli yeməklərimiz təqdim olunub.

Tədbirdə İspaniya dövlət rəsmiləri, iş adamları, diplomatik korpusun nümayəndələri və İspaniyada yaşayan həmvətənlərimiz, ictimaiyyət və mediya nümayəndələri iştirak ediblər.

Respublika Gününə həsr olunmuş ziyafət "EVSEN" şirkətlər qrupunun prezidenti Ali Evsenin maliyyə dəstəyi ilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti