...

28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir

Siyasət Materials 1 İyun 2012 20:43 (UTC +04:00)
28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbriklər davam edir.
28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir

Azərbaycan, Bakı, 1 iyun /Trend/

28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbriklər davam edir.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edin. Zati-aliləri, Sizə cansağlığı və müvəffəqiyyət, ölkənizə tərəqqi arzulayıram. Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, Bolqarıstan Azərbaycan ilə əməkdaşlığın bundan sonra da inkişafında maraqlıdır.

Əminəm ki, biz Sizinlə birlikdə buna nail olacaq, ölkələrimiz arasında böyük potensialı və qarşılıqlı faydalı əməkdaşlığı birgə səylərlə həyata keçirəcəyik. Zati-aliləri, Sizə böyük ehtiram bəslədiyimə əmin ola bilərsiniz", - Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin təbrik məktubunda deyilir.

Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviçdən: "Sizi ölkənizin milli bayramı - Respublika Günü münasibətilə təbrik edirəm. Slovakiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin çox yaxşı səviyyədə olmasından məmnunluğumu bildirirəm. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir. Fürsətdən istifadə edib Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram. Möhtərəm cənab Prezident, Sizə dərin hörmət bəslədiyimə əmin ola bilərsiniz".

Serbiya Respublikası parlamentinin sədri, Serbiya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Slavitsa Cukiç Deyanoviç də Prezident İlham Əliyevi təbrik edib.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi, ölkənizin və xalqınızın gələcək tərəqqisi və rifahı üçün xoş arzularımı Sizə çatdırmaqdan çox məmnunam. Əminəm ki, xalqlarımız arasında mövcud dostluq münasibətlərini və ölkələrimizin hərtərəfli əlaqələrini möhkəmlətmək üçün Serbiya Respublikası ilə Azərbaycan Respublikasının bütün sahələrdə qarşılıqlı əməkdaşlığının gələcəkdə də inkişafı naminə birlikdə işləyəcəyik. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edəsiniz", - təbrikdə bildirilir.

Xəbər lenti

Xəbər lenti