...

Azərbaycanın millət vəkili Dünya Qadın Sammitində iştirak etmək üçün Yunanıstana gedib

Siyasət Materials 2 İyun 2012 14:50 (UTC +04:00)
Millət vəkili, Azərbaycanın AŞ PA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin üzvü Qənirə Paşayeva Yunanıstanın paytaxtı Afinada keçiriləcək Dünya Qadın Sammitində iştirak və çıxış edəcək.
Azərbaycanın millət vəkili Dünya Qadın Sammitində iştirak etmək üçün Yunanıstana gedib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Millət vəkili, Azərbaycanın AŞ PA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin üzvü Qənirə Paşayeva Yunanıstanın paytaxtı Afinada keçiriləcək Dünya Qadın Sammitində iştirak və çıxış edəcək.

Trend-in məlumatına görə, sammit çərçivəsində millət vəkilinin müxtəlif ölkələrin bəzi rəsmi şəxsləri, tanınmış qeyri-hökumət təşkilatları, mətbuat və media nümayəndələri ilə görüşləri də olacaq.

Dünyanın 80 ölkəsindən mindən artıq nümayəndənin iştirakı ilə keçiriləcək sammitdə qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti