...

Ali Məhkəmə 2 aprel aksiyasına görə məhkum olunanlardan 4 nəfərin şikayətinə baxacaq

Siyasət Materials 4 İyun 2012 12:23 (UTC +04:00)
Sabah Ali Məhkəmə İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar məhkum olunan 4 nəfərin kassasiya şikayətinə baxacaq.
Ali Məhkəmə 2 aprel aksiyasına görə məhkum olunanlardan 4 nəfərin şikayətinə baxacaq

Azərbaycan, Bakı, 4 iyun /Trend müxbir K.Zərbalıyeva/

Sabah Ali Məhkəmə İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar məhkum olunan dörd nəfərin kassasiya şikayətinə baxacaq.

Ali Məhkəmədən bazar ertəsi Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunar - azadlıqdan məhrum edilmiş Sahib Kərimov, Elnur İsrafilov, Elşən Həsənov və Babək Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, Səbail rayon məhkəməsinin hökmü ilə Sahib Kərimov və Elşən Həsənov 2 il, Elnur İsrafilov 2 il 6 ay, Babək Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti