...

Klintonun səfəri ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyətdən xəbər verir - politoloq

Siyasət Materials 4 İyun 2012 14:26 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona, o cümlədən Azərbaycana qarşıdakı rəsmi səfəri Birləşmiş Ştatların təkcə regiona deyil, habelə bu regionun hər bir ölkəsi ilə ikitərəfli münasibətlərə verdiyi əhəmiyyətdən xəbər verir.
Klintonun səfəri ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyətdən xəbər verir - politoloq

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir S.Ağayeva/

ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona, o cümlədən Azərbaycana qarşıdakı rəsmi səfəri Birləşmiş Ştatların təkcə regiona deyil, habelə bu regionun hər bir ölkəsi ilə ikitərəfli münasibətlərə verdiyi əhəmiyyətdən xəbər verir. Bu barədə Trend-in Ekspert Şurasının üzvü, Qərb Universitetinin professoru Fikrət Sadıqov bildirib.

"Sirr deyil ki, ABŞ-ın regionda strateji maraqları var. O, sabitlikdə, demokratik dəyərlərin inkişafında, onların iştirak etdikləri nəhəng layihələrin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsində maraqlıdır", - politoloq bazar ertəsi Trend-ə bildirib.

Sadıqovun sözlərinə görə, təbii ki, Ağ Ev Azərbaycana xüsusi önəm verir. O qeyd edib ki, Azərbaycanın 20 il ərzində keçdiyi inkişaf yolu, bir çox göstəricilər üzrə praktiki olaraq aparıcı dövlət olması, BMT TŞ-nin üzvü seçilməsi - bütün bunlar Azərbaycana böyük əhəmiyyətlilik verir.

Politoloqun qeyd etdiyi kimi, Azərbaycan da ABŞ ilə qarşılqılı münasibətlərin inkişafında maraqlıdır.

"Əlbəttə, səfər başa çatan kimi bütün regional problemlərin və Dağlıq Qarabağ məsələsinin dərhal həll olunacağını düşünmək olmaz", - Sadıqov bildirib.

ABŞ-ın regionda sabitliyin bərqərar edilməsində maraqlı olması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Ermənistana təsir göstərməsi çərçivəsində öz üzərinə təşəbbüs götürməsi başqa məsələdir. O əlavə edib ki, bu, dövlət katibinin səfərinə və ümumilikdə ABŞ-ın ümumilikdə önəmlilik verərdi.

Politoloqun fikrincə, qarşıdakı səfərin yaddan çıxarılmaması lazım gələn mühüm aspektlərindən biri ondan ibarətdir ki, bu səfər mahiyyət etibarilə ABŞ-dakı prezident seçkiləri kampaniyası çərçivəsində keçirilir və bu vəziyyətdə Ağ Evə öz xarici siyasətinin prioritetlərini ifadə etməsi, müəyyən regionlarda sabitlikdə maraqlı olduğunu nümayiş etdirməsi, öz elektoratının Cənubi Qafqaz üzrə siyasətinə dəstəyini təmin etməsi vacibdir. Politoloq qeyd edib ki, bu planda Ağ Ev Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasında maraqlı olmalıdır.

Xəbər lenti

Xəbər lenti