...

Macar deputatlar Azərbaycanda ikitərəfli müzakirələr aparacaqlar

Siyasət Materials 4 İyun 2012 14:14 (UTC +04:00)
Macarıstan parlamentinin Xarici əlaqələr komitəsi sədrinin müavini, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Dyöndöşünün rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 5-8-də Azərbaycanda səfərdə olacaq.
Macar deputatlar Azərbaycanda ikitərəfli müzakirələr aparacaqlar

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

Macarıstan parlamentinin Xarici əlaqələr komitəsi sədrinin müavini, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Dyöndöşünün rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 5-8-də Azərbaycanda səfərdə olacaq.

Azərbaycanın Macarıstandakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfər çərçivəsində macar deputatlar Azərbaycan Milli Məclisində, Xarici İşlər və İqtisadi İnkişaf nazirliklərində görüşlər keçirəcək, Bakı şəhəri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Dostluq qrupunun üzvlərinin Dağlıq Qarabağ münaqişəsi və erməni işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və köçkünlərlə görüşəcəyi də planlaşdılır.

Qeyd edək ki, Marton Dyöndöşünün rəhbərliyinə daxil olduğu və parlamentdə 43 deputat yeri ilə təmsil edilən "Daha yaxşı Macarıstan uğrunda - Jobbik" partiyası ötən il Xocalı soyqırımının tanınması ilə bağlı ölkənin ali qanunverici orqanına qətnamə layihəsi təqdim edib. Partiya gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır.

Dostluq qrupunun hakim "Fides" partiyasından olan üzvü, partiyanın parlament qrupunun sədri və Budapeştin 14-cü rayonunun burqomistri Ferents Papçak isə səfər zamanı Bakının mərkəzi rayonlarından biri ilə qarşılıqlı iqtisadi və mədəni əməkdaşlıq yollarını müzakirə etmək və müvafiq sənəd imzalamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti