...

İlham Əliyev Nigeriya Prezidentinə başsağlığı verib

Siyasət Materials 4 İyun 2012 17:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Qudlak Conatana başsağlığı verib.
İlham Əliyev Nigeriya Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Qudlak Conatana başsağlığı verib.

"Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Nigeriya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti