...

Prezident İlham Əliyev XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2012" sərgisində iştirak edib (FOTO)

Siyasət Materials 5 İyun 2012 11:30 (UTC +04:00)
İyunun 5-də Bakı Sərgi Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyev XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2012" sərgisində iştirak edib.
Prezident İlham Əliyev XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2012" sərgisində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir S.Əliyev/

İyunun 5-də Bakı Sərgi Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyev XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgisində iştirak edib.

Trend-in məlumatına görə, İlham Əliyev sərginin ekspozisiyaları ilə tanış olub.

Qeyd edək ki, sərgi və konfransda 30-dan artıq ölkənin 300-dən çox şirkəti iştirak edir.

Hər il keçirilən "Caspian Oil and Gas" sərgisi Azərbaycan sərgi sənayesinin aparıcı qüvvəsi olmaqla yanaşı, regionun neft sektorunu təmsil edən aparıcı ekspertləri və əsas şirkətləri bir yerə toplayır. Sözügedən sərgi və konfransa hökumət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilir.

Ənənəvi olaraq, "Caspian Oil and Gas" layihəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən də dəstək göstərilir. Sərginin təşkilatçıları Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian" şirkətidir. Həmçinin, sərgi layihəsi üzrə işə "ITE Group plc" şirkətinin tərəfdaşlar şəbəkəsi - "ITE LLC Moscow" (Rusiya), "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE China" (Çin) və "ITE Gulf" (BƏƏ) şirkətləri cəlb edilmişlər və onlar beynəlxalq şirkətləri Azərbaycanda keçirilən bu sərgidə iştirak etməyə fəal surətdə dəvət edirlər.

Foto: AzərTAc

Xəbər lenti

Xəbər lenti