...

Ermənistan Qərbə inteqrasiyadan ötrü Rusiyaya aşkar şəkildə müqavimət göstərir - politoloq

Siyasət Materials 5 İyun 2012 15:50 (UTC +04:00)
Ermənistan Qərbə inteqrasiyadan ötrü Rusiyaya aşkar şəkildə müqavimət göstərir.
Ermənistan Qərbə inteqrasiyadan ötrü Rusiyaya aşkar şəkildə müqavimət göstərir - politoloq

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/

Ermənistan Qərbə inteqrasiyadan ötrü Rusiyaya aşkar şəkildə müqavimət göstərir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Moskvada keçirilən MDB sammitində Rusiyanın inteqrativ layihələri müzakirə olunarkən onun strateji tərəfdaşı hesab edilən Ermənistan RF-in təklif etdiyi inteqrativ layihələrin özü üçün məqsədyönlü olmadığını bildirdi.

"Səbəb kimi coğrafi əlaqəni göstərdi. Ermənistanın Baş naziri Avropa İttifaqını Ermənistan üçün daha məqsədəuyğun məkan adlandırdı. Lakin Ermənistanın heç Avropa İttifaqı ilə də coğrafi sərhədi yoxdur və erməni Baş nazirin bunu bilməməsi mümkün deyil. Sadəcə, o, bu qaydada Rusiyaya müqavimət göstərir, Rusiyadan qaçmağın Ermənistan üçün nə qədər zəruri olduğunu Avropaya bildirmək istəyir", - Əhmədoğlu deyib.

O hesab edir ki, KTMT-ni inkişaf etdirmək MDB-ni vahid inteqrativ məkana çevirməkdən daha asandır.

Politoloq bildirib ki, Rusiyanın MDB dövlətlərinin xarici tərəfdaşları qarşısında olan iqtisadi öhdəliklərini kompensasiya etməyə imkanı yoxdur.

"İndiki şəraitdə MDB məkanında dərin inteqrasiya Rusiyanın özünün ziyanına çevrilə bilər. Cənubi Qafqazda bunu aydın görmək olar. Təsadüfən və ya bilərəkdən Cənubi Qafqaz respublikalarının hər üçünün Qərbə simpatiyası var", - Mərkəzin direktoru deyib.

O qeyd edib ki, Gürcüstanın Qərbə simpatiyası ilə ciddi antirusiya əhval-ruhiyyəsi paralel təşkil edir.

Xəbər lenti

Xəbər lenti