...

Azərbaycan Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə və komitənin strukturu təsdiq edilib

Siyasət Materials 5 İyun 2012 20:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə və komitənin strukturu təsdiq edilib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə" (Əlavə I) və "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu" təsdiq edilsin (Əlavə II).

Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti