...

Bakıda Hillari Klintonun vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə iqtisadi məsələlər müzakirə edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 İyun 2012 18:28 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfəri zamanı vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib
Bakıda Hillari Klintonun vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə iqtisadi məsələlər müzakirə edilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:57-də yayılıb)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfəri zamanı vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.

Görüşdə iştirak edən İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru İnqilab Əhmədov Trend-ə bildirib ki, görüşə birbaşa şəffaflıq, cavabdehlik, yaxşı dövlətçilik, açıq dövlət ideyasına yaxın olan və bu sahədə təcrübəsi olan vətəndaş cəmiyyətinin üzvləri dəvət olunmuşdu.

"Belə nəticə çıxarmaq olar ki, bizim əsas fikir mübadiləmiz bu dediyimiz istiqamətdə, Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar, o cümlədən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri, "Açıq Dövlət Tərəfdaşlığı" təşəbbüsündə Azərbaycanın iştirakı və bununla bağlı Azərbaycanda vətəndaş cəmiyətinin potensialı, onların iştirak etmək imkanları və görüləcək işlər barədə aparıldı", - Əhmədov deyib.

Görüşdə iştirak edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə Trend-ə bildirib ki, görüş zamanı bütovlükdə sosial və iqtisadi məsələlər müzakirə olunub.

Onun sözlərinə görə, eyni zamanda, görüşdə hökumətlə vətəndaş cəmiyyəti arasında münasibətlərin qurulması yolları, əldə olunan uğurlar, mövcud problemlər və problemlərin həllində vətəndaş cəmiyyətinin rolu müzakirə olunub.

Görüşdə Açıq Cəmiyyət İnstitutunun nümayəndəsi Fidan Bağırova, Beynəlxalq Şəffaflıq Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Rəna Səfərəliyeva da iştirak edib.

Xəbər lenti

Xəbər lenti