...

Acariyanın nümayəndə heyəti Naxçıvana gəlir

Siyasət Materials 8 İyun 2012 12:19 (UTC +04:00)
Acariya Muxtar Respublikası hökumətinin rəhbəri Levan Varşalomidzenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana yola düşüb.
Acariyanın nümayəndə heyəti Naxçıvana gəlir

Gürcüstan, Tbilisi, 8 iyun / Trend, müxbir N.Kirsxaliya/

Acariya Muxtar Respublikası hökumətinin rəhbəri Levan Varşalomidzenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana yola düşüb.

Muxtariyyətin hökumət aparatından Trend-ə verilən məlumata görə, nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına (NMR) rəsmi səfər edəcək.

Səfər zamanı NMR Ali Məclisinin rəhbəri Vasif Talıbovla görüş nəzərdə tutulub. Habelə Batumi və Naxçıvan arasında əməkdaşlıq haqqında memorandumun imzalanacağı gözlənilir.

Səfər iki gün davam edəcək. Bu müddət ərzində Gürcüstanın nümayəndə heyəti Naxçıvanın iqtisadi və mədəni potensialı ilə tanış olacaq.

Yanvarda NMR-in nümayəndə heyəti Batumidə rəsmi səfərdə olub.

Xəbər lenti

Xəbər lenti