...

Elnur Aslanov: Həştərxan vilayətindəki "Kapustin Yar" poliqonunda raketin sınağı soyuq müharibə və digər əməliyyat kimi qiymətləndirilməməlidir

Siyasət Materials 8 İyun 2012 12:22 (UTC +04:00)
Rusiyanın Həştərxan vilayətindəki "Kapustin Yar" poliqonunda "Topol" qitələrarası ballistik raketinin sınağı hər hansı soyuq müharibə və digər əməliyyat kimi qiymətləndirilməməlidir.
Elnur Aslanov: Həştərxan vilayətindəki "Kapustin Yar" poliqonunda raketin sınağı soyuq müharibə və digər əməliyyat kimi qiymətləndirilməməlidir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Rusiyanın Həştərxan vilayətindəki "Kapustin Yar" poliqonunda "Topol" qitələrarası ballistik raketinin sınağı hər hansı soyuq müharibə və digər əməliyyat kimi qiymətləndirilməməlidir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

"Bunu müxtəlif ölkələrin hər zaman öz hərbi potensialını təkmilləşdirmək istiqamətində həyata keçirdikləri addımlar kimi qiymətləndirmək olar", - Aslanov deyib.

Xəbər lenti

Xəbər lenti