...

Azərbaycanda səfərbərliyin elan edilməsinə aydınlıq gətirildi

Siyasət Materials 8 İyun 2012 12:27 (UTC +04:00)
Son günlər qoşunların təmas xəttində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.
Azərbaycanda səfərbərliyin elan edilməsinə aydınlıq gətirildi

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Son günlər qoşunların təmas xəttində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

"Çünki bölgədə sülhün və əmin-amanlığın yaradılmasına, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına hər zaman Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi mane olub", - Aslanov deyib.

PA rəsmisinin sözlərinə görə, Ermənistan bununla bir daha bəyan edir ki, bölgədə status-kvonun saxlanılmasında maraqlıdır.

Azərbaycan Ordusununda səfərbərliyin elan olunması ehtimalına münasibət bildirərən Aslanov deyib ki, Azərbaycan Ordusu güclüdür və bölgədə texniki, hərbi potensialına, büdcəsinə görə ən böyük ordudur.

"Hələlik səfərbərlik məsələsinə heç bir ehtiyac görülmür" Aslanov deyib.

Xəbər lenti

Xəbər lenti