...

Azərbaycanda iki partiya arasındakı fikir ayrılığı yeni əməkdaşlıq formatının yaranmasına mane olur

Siyasət Materials 8 İyun 2012 16:19 (UTC +04:00)
Ədalət və Liberal partiyalarının mövqelərindəki fikir ayrılığı bir neçə partiyanın yeni formatda əməkdaşlığına çətinlik törədir.
Azərbaycanda iki partiya arasındakı fikir ayrılığı yeni əməkdaşlıq formatının yaranmasına mane olur

Azərbaycan, Bakı, 8 iyun /Trend müxbir E.Mehdiyev/

Ədalət və Liberal partiyalarının mövqelərindəki fikir ayrılığı bir neçə partiyanın yeni formatda əməkdaşlığına çətinlik törədir.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Trend-ə açıqlamasında bu fikir ayrılığının həllini tapmaq istiqamətində iş aparıldığını deyib.

"Biz çalışırıq ki, Ədalət Partiyası ilə Liberal Partiyası arasında fikir ayrılığı öz həllini tapsin. Düşünürəm ki, hər hansı bir variantda əməkdaşlıq mümkündür, hazırda onun da üzərində işləyirik", - partiya sədri deyib.

Belə ki, Ədalət Partiyasının Yaşıllar, Vətəndaş və İnkişaf və Liberal partiyalarının daxil olduğu "üçlük"lə əməkdaşlığına dair təklifi hər üç partiya tərəfindən birmənalı qarşılanmayıb.

O vurğulayıb ki, Liberal Partiyası VİP üçün üçün qocaman bir müttəfiqdir. "Biz altı ildir ki, əməkdaşlıq edirik və bizm tərəf müqavilliyimiz prinsiplərə söykənir və bu prinsiplərdən nə VİP, nə də Liberal Partiyası imtina etmək niyyətində deyil. Ona görə də bu münasibətlərimiz davamlı olaraq qalacaq", - Əliyev deyib.

Bu fikir ayrılığının Ədalət Partiyası ilə VİP arasında gələcək əməkdaşlığa təsiri barədə danışan partiya sədri qeyd edib ki, yeni təklif gəlib və indi bu təklif dəyərləndirilir.

"Ədalət Partiyası ilə bizim əməkdaşlıq etməməyimiz üçün heç bir ciddi əsas yoxdur. Ona görə də bu anlaşılmazlığın aradan qaldırılması yolları üzərində düşünürük və çalışırıq ki, movqeləri yaxınlaşdıraq. Alınmasa, hər halda bu barədə bir qərarımız olacaq", - Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti