...

Azərbaycan və Litva universitetləri arasında əlaqələrin qurulması müzakirə olunub (FOTO)

Siyasət Materials 8 İyun 2012 17:19 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın aparıcı ali təhsil müəssisələrində bir sıra görüşlər keçirib.
Azərbaycan və Litva universitetləri arasında əlaqələrin qurulması müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Litva universitetləri arasında əlaqələrin qurulması müzakirə olunub.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın aparıcı ali təhsil müəssisələrində bir sıra görüşlər keçirib.

Azərbaycanın Litvadakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, Litvanın ən qədim və ən böyük ali təhsil mərkəzi olan Vilnüs Universitetinin rektoru Benediktas Yuodka ilə keçirilən görüşdə Vilnüs Universiteti ilə Azərbaycan universitetləri arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi barədə məsələlər müzakirə olunub.

Yuodka rəhbərlik etdiyi universitetdə artıq Azərbaycandan bir neçə tələbənin təhsil aldığını qeyd edib.

Görüş zamanı, elm və təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədilə birgə fəaliyyət prinsipləri barədə razılığa gəlinib.

Səfir Məmmədzadənin Vilnüs Edukologiya Universitetinin rektoru Algirdas Gaijutis ilə keçirdiyi görüşdə isə universitetlərarası əlaqələrin qurulması ilə yanaşı, Vilnüs Edukologiya Universitetində "Azərbaycan Mərkəzinin" açılması məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti