...

Türkiyə Azərbaycan torpaqlarının azad edilməsi üçün hər cür səy göstərir

Siyasət Materials 8 İyun 2012 17:45 (UTC +04:00)
Qafqazda sülh bərqərar ediləcək, Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hər cür səy göstərir.
Türkiyə Azərbaycan torpaqlarının azad edilməsi üçün hər cür səy göstərir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir A.Tağıyeva/

Qafqazda sülh bərqərar ediləcək, Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hər cür səy göstərir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Qafqazda sülh bərqərar ediləcək və bütün problemlər unudulacaq.

"Biz Qafqazda sabitliyin yaradılması üçün hər şey edirik. Bu istiqamətdə bəzi addımlar hamıya məlumdur, bəziləri isə naməlumdur", - o deyib.

Xəbər lenti

Xəbər lenti