...

Elmar Məmmədyarov: Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq regionda sülhə və sabitliyə xidmət edir (FOTO)

Siyasət Materials 8 İyun 2012 19:29 (UTC +04:00)
Türkiyənin Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
Elmar Məmmədyarov: Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq regionda sülhə və sabitliyə xidmət edir (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Türkiyənin Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, görüşdə çıxış edən nazir Elmar Məmmədyarov açılış nitqində Türkiyə tərəfinə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Nazir regional əməkdaşlığa əhəmiyyət verdiyini bildirib və 3 ölkə arasında enerji və infrastruktur layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Məmmədyarov Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarında oynadığı rolun əhəmiyyətindən irəli gələrək, tranzit baxımından ölkəmizin əhəmiyyətini nəzərə alaraq, regional əməkdaşlığa töhfəsini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsindən danışan Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüquq və onun prinsipləri əsasında həllinin vacibliyini bildirib. Münaqişənin həllindən yalnız xalqların bəhrələnəcəyini qeyd edən nazir işğalçı siyasətin regionda əməkdaşlığı sarsıtdığını vurğulayıb, işğalçı və etnik təmizləmə həyata keçirmiş və beynəlxalq hüquq normalarını pozan ölkə ilə əməkdaşlıq edilə bilməyəcəyini söyləyib.

Məmmədyarov bir sıra sahələrdə, o cümlədən humanitar və turizm sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın regionda sülhə, sabitliyə və əmin-amanlığa xidmət etdiyini bildirən nazir mehriban qonşuluq siyasətinin Azərbaycanın hədəfi olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti