...

Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli Trabzon Bəyannaməsi imzalanıb

Siyasət Materials 8 İyun 2012 20:38 (UTC +04:00)
Türkiyənin Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər naziri Əhməd Davudoğlu, Elmar Məmmədyarov və Qriqol Vaşadzenin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransı keçirilib.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli Trabzon Bəyannaməsi imzalanıb

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Türkiyənin Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər naziri Əhməd Davudoğlu, Elmar Məmmədyarov və Qriqol Vaşadzenin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransı keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən cümıə günü Trend-ə verilən məlumata görə, birgə mətbuat konfransında üçtərəfli Trabzon Bəyannaməsi imzalanıb.

İmzalanma mərasimindən sonra nazirlər çıxış ediblər.

Öz çıxışında nazir Elmar Məmmədyarov Azərbaycanın regionda enerji layihələrinin inkişafına önəm verdiyini vurğulayıb.

Məmmədyarov, həmçinin iyunun 9-da Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan iş adamlarının iştirakı ilə 3 ölkənin iqtisadiyyat nazirlərinin görüşünün keçiriləcəyini söyləyib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq cəbhə xəttində son hadisələrin baş verməsinin münaqişənin dondurulmuş olmadığını söyləyib və bu münaqişənin regionun təhlükəsizliyini və sabitliyini sarsıtdığını və regionun gələcəyi üçün bir təhlükə olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti