...

Qriqol Vaşadze: Gürcüstan-Azərbaycan-Türkiyə münasibətlərinin yeni formatı digər ölkəyə qarşı yönəlməyib

Siyasət Materials 9 İyun 2012 14:10 (UTC +04:00)
Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığının yeni formatı hansısa digər ölkəyə qarşı yönəlməyib.
Qriqol Vaşadze: Gürcüstan-Azərbaycan-Türkiyə münasibətlərinin yeni formatı digər ölkəyə qarşı yönəlməyib

Gürcüstan, Tbilisi, 9 iyun / Trend, müxbir N.Kirsxaliya /

Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığının yeni formatı hansısa digər ölkəyə qarşı yönəlməyib. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze deyib.

Cümə günü Türkiyənin Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Əhməd Davudoğlu, Elmar Məmmədyarov və Qriqol Vaşadzenin üçtərəfli görüşü keçirilib. Görüşün yekunları üzrə üçtərəfli Trabzon Bəyannaməsi imzalanıb.

Vaşadze qeyd edib ki, yeni format "ölkələrimizin maraqlarının müdafiəsinə" yönəlib.

"Yeni format kiməsə qarşı yönəlməyib və yalnız ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsinə xidmət edir", - Vaşadze bildirib. Onun sözlərinə görə, bu Bəyannamə iqtisadi sahədə artıq bir sıra regional layihələri həyata keçirən qonşu dövlətlər arasında "strateji münasibətləri" vurğulayır.

"Biz strateji əməkdaşlığımızı rəsmiləşdirməyi və ona daha çox dinamizm verməyi qərara aldıq", - Gürcüstanın xarici işlər naziri bildirib.

Xəbər lenti

Xəbər lenti