...

Türkiyə Jandarm Qüvvələrinin baş komandanı Azərbaycanda rəsmi səfərdədir

Siyasət Materials 11 İyun 2012 10:43 (UTC +04:00)
Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncunun Azərbaycana səfəri başlayıb.
Türkiyə Jandarm Qüvvələrinin baş komandanı Azərbaycanda rəsmi səfərdədir

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncunun Azərbaycana səfəri başlayıb.

Daxili Qoşunlardan Trend-ə verilən məlumatına görə, baş komandan bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarı, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.

Onun gün ərzində daxili işlər naziri Ramil Usubov, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovla görüşü nəzərdə tutulub.

İyunun 13-dək davam edəcək səfər çərçivəsində Kalyoncunun digər rəsmilərlə də görüşü gözlənilir.

Xəbər lenti

Xəbər lenti