...

AŞPA həmməruzəçiləri Azərbaycanda müzakirələr aparacaqlar

Siyasət Materials 11 İyun 2012 12:01 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debano Qrex (Malta) iyunun 12-dən 14-dək Bakıda səfərdə olacaqlar.
AŞPA həmməruzəçiləri Azərbaycanda müzakirələr aparacaqlar

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Mehdiyev/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debano Qrex (Malta) iyunun 12-dən 14-dək Bakıda səfərdə olacaqlar.

Bu barədə bazar ertəsi Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov Trend-ə bildirib.

Onun sözlərinə görə, həmməruzəçilərlə Milli Məclisdə keçiriləcək görüşdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr aparılacaq.

Həmməruzəçilər Bakıda ədliyyə naziri, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, Ali Məhkəmənin sədri, baş prokuror, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, həmçinin dini icmaların nümayəndələri ilə görüşəcəklər.

Həmməruzəçilər, həmçinin Qubaya səfər edəcək və orada yerli hakimiyyət orqanları və QHT-lərlə görüş keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti