...

İran BAEA-nın nüvə fəaliyyəti ilə bağlı ittihamını rədd edib

Siyasət Materials 11 İyun 2012 14:27 (UTC +04:00)
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İslam Respublikasının Parçin hərbi obyektində nüvə silahı komponentlərini sınaqdan keçirməsi ilə bağlı ittihamını rədd edib.
İran BAEA-nın nüvə fəaliyyəti ilə bağlı ittihamını rədd edib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İslam Respublikasının Parçin hərbi obyektində nüvə silahı komponentlərini sınaqdan keçirməsi ilə bağlı ittihamını rədd edib. Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi İranın müdafiə naziri Əhməd Vəhidi Tehranda hərbi texnologiyalar sərgisində çıxışında bildirib.

Bu yaxınlarda BAEA-nın rəhbəri Yukiya Amano bəyan edib ki, İran Parçində nüvə sınaqlarının izlərini gizlətmək üçün bir sıra obyektləri məhv edir. Lakin İran Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.

İran bəyan edib ki, bu ittihamların əsassız olduğunu sübut etmək üçün BAEA ilə işləyəcək.

"Qərb ölkələri İranın nüvə enerjisindən dinc məqsədlə istifadə ilə bağlı qanuni haqqını tanımalıdır", - Vəhidi deyib və əlavə edib ki, Tehran əməkdaşlığa hazırdır, lakin dinc atom enerjisi haqqından imtina etməyəcək.

Xəbər lenti

Xəbər lenti