...

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 11 İyun 2012 16:42 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 11-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin ordu generalı Bəkir Kalyoncunu qəbul edib.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə naziri Türkiyə Jandarm Qüvvələrinin baş komandanı ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 11-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin ordu generalı Bəkir Kalyoncunu qəbul edib.

Qarşılıqlı hərbi əməkdaşlığın inkişaf etdirilməsi və hərbi təhsil sahəsində əlaqələrin möhkəmləndirlməsi görüşün əsas mövzularından olub. Bölgədə hərbi vəziyyət barədə də geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc da iştirak edib.

Xəbər lenti

Xəbər lenti