...

İsraildə kifayət qədər güclü, təşkilatlanmış Azərbaycan diasporu formalaşıb - deputat

Siyasət Materials 11 İyun 2012 17:19 (UTC +04:00)
İsraildə kifayət qədər güclü, təşkilatlanmış Azərbaycan diasporu formalaşıb. Bu barədə Trend-ə bu günlərdə İsraildə keçirilən "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayında iştirak etmiş Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
İsraildə kifayət qədər güclü, təşkilatlanmış Azərbaycan diasporu formalaşıb - deputat

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

İsraildə kifayət qədər güclü, təşkilatlanmış Azərbaycan diasporu formalaşıb. Bu barədə Trend-ə bu günlərdə İsraildə keçirilən "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayında iştirak etmiş Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

"Qurultayın keçirilməsi zamanı İsraildə kifayət qədər güclü, təşkilatlanmış Azərbaycan diasporunun olmasının şahidi olduq", - Mollazadə deyib.

O qeyd edib ki, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası iki dövlət arasında əlaqələrin inkişaf etməsinə xidmət edən çox ciddi qeyri-hökumət təşkilatıdır.

Deputat qeyd edib ki, qurultayın işində İsrailin xarici işlər naziri, turizm naziri, diaspor məsələləri üzrə naziri, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

"Bu onu göstərir ki, İsrail xalqı və dövləti Azərbaycanla münasibətlərin hər sahə üzrə inkişafında çox maraqlıdırlar", - o deyib.

İsrailə səfər çərçivəsində Milli Məclis və Knesset arasında əlaqələrin inkişafı istiqamətində həmkarları ilə ətraflı müzakirələrin aparıldığını deyən Mollazadə bildirib ki, iki dövlət və xalq arasında ikitərəfli və çoxşaxəli münasibətlərdə mühüm rolu olan parlamentlərarası əlaqələrin inkişafı istiqamətində müvafiq görüşlərin davam etdirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti