...

Ermənistandakı Rusiya hərbi bazasında pilotların uçuşları artıb

Siyasət Materials 11 İyun 2012 17:59 (UTC +04:00)
Cari ilin əvvəlindən etibarən Ermənistanda Cənub hərbi dairəsi üzrə Rusiya hərbi bazasının tərkibindəki aviasiya hissəsinin hər bir pilotunun orta hesabla uçuşu ötən ilin analoji dövrü ilə müqayisədə 20 faizdən çox artıb, yay mövsümündə xidmət edən heyət artıq 300 təlim uçuşu həyata keçirib.
Ermənistandakı Rusiya hərbi bazasında pilotların uçuşları artıb

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Cari ilin əvvəlindən etibarən Ermənistanda Cənub hərbi dairəsi üzrə Rusiya hərbi bazasının tərkibindəki aviasiya hissəsinin hər bir pilotunun orta hesabla uçuşu ötən ilin analoji dövrü ilə müqayisədə 20 faizdən çox artıb, yay mövsümündə xidmət edən heyət artıq 300 təlim uçuşu həyata keçirib. Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Cənub hərbi dairəsinin mətbuat xidməti xəbər verib.

Məlumatda qeyd edilir ki, Ermənistanda dislokasiya edilmiş 102-ci Rusiya hərbi bazasının tərkibindəki aviasiya hissəsinin hərbçiləri MDB iştirakçı dövlətlərinin hava hücumundan müdafiə üzrə birgə sistemdə hərbi növbəni çəkməkdə davam edir. Hazırda birgə sistemdə intensiv hərbi hazırlıq gedir.

"Cari ilin əvvəlindən "MiQ-29" qırıcı təyyarələrinin pilotları heyətlərin fərdi hazırlığı çərçivəsində 500-8000 metr diapazon yüksəkliyində və 300-800 kilometr sürətlə 200-dən artıq manevrli təlim hava döyüşü keçiriblər", - mətbuat xidmətindən bildiriblər.

Pilotaj elementlərinin yerinə yetririlməsində əsas yer onların real hava döyüşündə tətbiqinə verilir.

"Dağlarda uçuşların yerinə yetirilməsi zamanı yerdən mürəkkəb radiotexniki idarəetmə heyətdə sərbəst qərar qəbul etmək vərdişlərini inkişaf etdirir", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti