...

Nüvə problemi üzrə danışıqların uğuru vasitəçilərin mövqeyindən asılıdır - İran XİN

Siyasət Materials 12 İyun 2012 12:26 (UTC +04:00)
İranın nüvə problemi üzrə danışıqların uğuru beynəlxalq vasitəçilərin İslam Respublikasına qarşı mövqeyi və yanaşmalarından asılıdır.
Nüvə problemi üzrə danışıqların uğuru vasitəçilərin mövqeyindən asılıdır - İran XİN

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbirlər E.Tarıverdiyeva, D.Xatınoğlu/

İranın nüvə problemi üzrə danışıqların uğuru beynəlxalq vasitəçilərin İslam Respublikasına qarşı mövqeyi və yanaşmalarından asılıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bəyan edib.

O qeyd edib ki, Tehran İranın haqlarına riayət etmək şərti ilə "altılıq"la danışıqlar aparmağa hazırdır.

"Onlar İranın haqlarını tanımağa hazır olmalıdırlar, bu halda Moskvada qarşıdakı danışıqların şərtləri uğurlu ola bilər. Biz ümid edirik ki, İran tərəfinin Aİ ilə danışıqlarının tarixində gecikmə olmayacaq", - Mehmanpərəst qeyd edib.

Xəbər lenti

Xəbər lenti