...

Azərbaycan Parlamentinin növbədənkənar iclası başlayıb

Siyasət Materials 12 İyun 2012 12:00 (UTC +04:00)
Trend-in məlumatına görə, iclasının gündəliyinə 10 məsələ daxil edilib. Parlament, ilk növbədə, "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanununu ikinci səsverməyə çıxaracaq.
Azərbaycan Parlamentinin növbədənkənar iclası başlayıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası çərşənbə axşamı dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasının gündəliyinə 10 məsələ daxil edilib. Parlament, ilk növbədə, "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanununu ikinci səsverməyə çıxaracaq.

İclasda "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna, "Kommersiya sirri haqqında" qanuna, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna, "İstehsalat və məişət tullantıları haqqında" qanuna, "İnformasiya əldə etmək haqqında" qanuna, həmçinin İnzibati Xətalar Məcəlləsində və Vergi Məcəlləsinə dəyişikliklər edilməsi müzakirəyə çıxarılacaq.

Milli Məclis günün sonunda Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsini ikinci oxunuşda müzakirəyə çıxaracaq.

Xəbər lenti

Xəbər lenti