...

Azərbaycanda yeni idarəetmə strukturları yaradılacaq

Siyasət Materials 12 İyun 2012 13:01 (UTC +04:00)
Milli Məclis çərşənbə axşamı keçirilən iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklikləri qəbul edib.
Azərbaycanda yeni idarəetmə strukturları yaradılacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclis çərşənbə axşamı keçirilən iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, qanun layihəsini təqdim edən parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, dəyişikliklər inzibati ərazi bölgüsü olmayan rayonlarda sahələrin yaradılmasına səbəb olacaq.

Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, yeni strukturların yaradılması bələdiyyələrin işinə maneçilik yaratmayacaq, əksinə, daha çevik fəaliyyət göstərməsinə şərait yaradacaq. O, icra hakimiyyəti strukturunun işinin təkmilləşdirilməsi, günün tələblərinə uyğunlaşdırılması istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.

Deputat Tahir Rzayev müzakirələr zamanı bildirib ki, Bakıda bu gün elə rayonlar var ki, orada 250 minədək insan yaşayır və hamısı bir icra hakimiyyətinə müraciət edib. "Biz idarəetməni yaxşılaşdırmalıyıq, insanlara daha yaxın olmalıyıq", - o deyib.

Qanuna olunan dəyişikliklərə əsasən, sahə inzibati ərazi dairəsi - rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir.

Sahələr 20 min əhalisi olan ərazini, istisna hallarda daha az əhalisi olan əraziləri əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti