...

Argentina Konqresinin Azərbaycanla dostluq qrupunun yeni tərkibi təsdiq edilib

Siyasət Materials 12 İyun 2012 16:17 (UTC +04:00)
Argentina Milli Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun yeni tərkibi təsdiq edilib.
Argentina Konqresinin Azərbaycanla dostluq qrupunun yeni tərkibi təsdiq edilib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Argentina Milli Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun yeni tərkibi təsdiq edilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dostluq qrupunun sədri vəzifəsində "Union Peronsita" siyasi blokunun deputatı Roberto Mario Mouilleron, sədr müavini vəzifəsində isə "Movimiento de Neuqen" siyasi blokunun prezidenti deputat Alisia Komelli yenidən təsdiq olunub və "Justicialista La Pampa" siyasi blokunun deputatı Kristina Reqazzoli dostluq qrupunun yeni katibi seçilib.

Ümumi sayı 10 nəfərdən ibarət dostluq qrupuna "Frente para la Victoria" iqtidar yönlü siyasi blokun deputatları Gilyermo Karmona (Deputatlar Palatasında Xarici əlaqələr və etiqad daimi komissiyasının da sədridir) və Alberto Kiampini, "Movimiento de Neuqen" siyasi blokunun deputatı Olqa Elizabet Qutsman, "Propuesta Republicana" siyasi blokunun prezidenti deputat Federiko Pinedo, "Frente Peronista" siyasi blokunun deputatı Eduardo Amadeo, "Union Civic Radical" siyasi blokunun deputatları Pedro Omar Molas və Aqustin Alberto Portela daxildirlər.

Qeyd edək ki, Azərbaycanla dostluq qrupu Deputatlar Palatasında parlamentin yeni çağırışından sonra tərkibi təsdiq edilmiş ilk dostluq qrupudur.

Xəbər lenti

Xəbər lenti