...

Elmar Məmmədyarov Niderlandın Baş naziri ilə görüşüb

Siyasət Materials 12 İyun 2012 19:53 (UTC +04:00)
Niderland Krallığında rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı bu ölkənin Baş naziri Mark Rutte ilə görüşüb.
Elmar Məmmədyarov Niderlandın Baş naziri ilə görüşüb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Niderland Krallığında rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı bu ölkənin Baş naziri Mark Rutte ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında iqtisadi və siyasi münasibətlər müzakirə olunub və əlaqələrin gələcək perspektivi ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazirə çatdıran Elmar Məmmədyarov Mark Rutteni ölkəmizə səfərə dəvət edib.

Dəvətə görə təşəkkürünü bildirən Baş nazir "Eurovision 2012" mahnı müsabiqəsinin ölkəmizdə müvəffəqiyyətlə keçirilməsinə görə təbriklərini çatdırıb.

Görüşdə Azərbaycanda və regionda gedən proseslər, həmçinin tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti