...

Siyavuş Novruzov: Radikal müxalifət üçün vətən, dövlət və millət marağı yoxdur

Siyasət Materials 13 İyun 2012 12:08 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyalarının bəyanatları və hansı addım atmaları iqtidarı narahat etmir. Azərbaycan xalqı onların nəyə qadir olduqlarını və kimlər olduğunu bir daha müəyyən etdi.
Siyavuş Novruzov: Radikal müxalifət üçün vətən, dövlət və millət marağı yoxdur

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalifət partiyalarının bəyanatları və hansı addım atmaları iqtidarı narahat etmir. Azərbaycan xalqı onların nəyə qadir olduqlarını və kimlər olduğunu bir daha müəyyən etdi. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Novruzov bildirib ki, radikal müxalifət üçün vətən, dövlət, millət marağı yoxdur. Onun sözlərinə görə, bu dairələr yalnız özlərinin və qulluq etdikləri ağalarının maraqlarını güdürlər.

"Təbii ki, onlar siyasətin arxivindədirlər və son hərəkətləri ilə arxivdəki yerlərini daha da dərinləşdirirlər. Ölkə vətəndaşları, cəmiyyətimiz ümummilli məsələlərdə müxalifət düşərgəsinin həmrəyliyinin şahidi olmayıb. Xüsusilə, "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində əllərindən gələni etdilər ki, ölkəmizin imicinə zərbə vursunlar. Belə qənaətə gəlmək olur ki, sabah ordumuz torpaqlarımızı azad etməyə başlayanda, bu cür arxadan xəncər vuranlar nə oyundan çıxa bilərlər", - Novruzov deyib.

Bir müddət əvvəl xeyli əcnəbi jurnalistin Azərbaycanda səfərdə olduğunu deyən Novruzov qeyd edib ki, yaxşı fürsət idi ki, Qarabağ həqiqətləri barədə onların vasitəsilə dünya ictimaiyyətinə məlumatlar çatdırılsın.

"Amma müxalifət təmsilçiləri Qarabağla bağlı bir kəlmə də danışmadılar. Bunu ona görə etmədilər ki, xarici havadarlarının xoşuna gəlməzdi. Axı onlar belə tapşırıq verməmişdilər. Radikal müxalifət partiyaları yalnız xarici havadarları üçün canfəşanlıq etdi. Sözsüz ki, həmin partiyaların rəhbərləri bunun müqabilində pul alıb yay istirahətinə gedəcəklər. Yəni bu müxalifət üçün xalqın taleyi vacib deyil, əsas özlərinin mədəsidir", - YAP icra katibinin müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti