...

ABŞ-ın nüfuzlu qəzetində Azərbaycan haqqında məqalə dərc olunub

Siyasət Materials 13 İyun 2012 15:59 (UTC +04:00)
Kaliforniyanın "Monterey Bay News & Views" qəzeti Monterey şəhərində Respublika Günü münasibətilə keçirilmiş ziyafət və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin bu münasibətlə Monterey şəhərinə etdiyi səfərə həsr olunmuş məqalə dərc edib.
ABŞ-ın nüfuzlu qəzetində Azərbaycan haqqında məqalə dərc olunub

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Kaliforniyanın "Monterey Bay News & Views" qəzeti Monterey şəhərində Respublika Günü münasibətilə keçirilmiş ziyafət və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin bu münasibətlə Monterey şəhərinə etdiyi səfərə həsr olunmuş məqalə dərc edib.

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycanı dünyanın ən qədim sivilizasiyalarından biri adlandıran müəllif 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) yaradıldığını qeyd edərək, bu respublikanın müsəlman dünyasının ilk müasir parlament respublikası olduğunu bildirir.

Məqalədə AXC-nin hətta ABŞ-dan iki il əvvəl qadınlara səsvermə hüququ verməsi faktı da xüsusilə vurğulanır.

Müəllif bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini bildirərək, onun ABŞ və Avropa ilə yaxın əməkdaşlıq münasibətləri qurmaq istəyən bir ölkə olduğunu diqqətə çatdırır.

Monterey ilə Lənkəran şəhərləri arasındakı qardaşlıq münasibətlərinə toxunan müəllif, iki şəhər arasında turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb, xüsusilə, kənd təsərrüfatı sahəsində Montereyin Lənkərandan öyrənə biləcəyi uğurlu təcrübələrin mövcud olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti