...

Azərbaycan və Yeni Zelandiya arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 13 İyun 2012 19:07 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Yeni Zelandiyanın iqamətgahı Rusiyanın Moskva şəhərində olmaqla ölkəmizdə akkreditə olunmuş səfiri İan Hilli qəbul edib.
Azərbaycan və Yeni Zelandiya arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Yeni Zelandiyanın iqamətgahı Rusiyanın Moskva şəhərində olmaqla ölkəmizdə akkreditə olunmuş səfiri İan Hilli qəbul edib.

XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Məmmədyarov iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.

Ölkəsinin xarici işlər naziri Marri Makullinin salamlarını azərbaycanlı həmkarına çatdıran İan Hill Yeni Zelandiyanın xarici siyasəti və iqtisadiyyatı barədə məlumat verib və Azərbaycanın inkişafından yüksək şəkildə təəssüratlandığını bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verən Məmmədyarov ölkəmizin münaqişənin diplomatik vasitələrlə həll edilməsinin tərəfdarı olduğunu, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının bərpa edilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin, Azərbaycanın BMT TŞ-də fəaliyyəti və prioritetləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti