...

Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərlə bağlı hesabat ilin sonunadək təqdim ediləcək

Siyasət Materials 13 İyun 2012 19:48 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası (AŞ) qarşısında öhdəlikləri ilə bağlı hesabat bu ilin sonunadək təqdim ediləcək.
Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərlə bağlı hesabat ilin sonunadək təqdim ediləcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Avropa Şurası (AŞ) qarşısında öhdəlikləri ilə bağlı hesabat bu ilin sonunadək təqdim ediləcək. Trend-in məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Cozef Debono Qrex Azərbaycana səfərlərinin yekunları ilə bağlı Bakıda keçirdikləri mətbuat konfransında bildiriblər.

Həmməruzəçilər qeyd ediblər ki, Bakıda bir sıra siyasi partiyaların, dövlət qurumlarının rəhbərləri, KİV və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiriblər.

"Keçirdiyimiz görüşlərdən bizə məlum oldu ki, Azərbaycanda dini baxımdan heç bir qarşıdurma yoxdur", - onlar bildiriblər.

Həmməruzəçilərin sözlərinə görə, bu ilin sonuna kimi Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş hesabatı təqdim etməyi planlaşdırırlar.

"Azərbaycana səfərimizin məqsədi bu ölkənin Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməyə kömək etməkdir və bunun üçün əlimizdən gələni edirik", - Aqramunt bildirib.

Xəbər lenti

Xəbər lenti