...

"Dağlıq Qarabağın Azərbaycanlı İcması"nda yeni təyinat olub

Siyasət Materials 14 İyun 2012 11:59 (UTC +04:00)
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin idarə heyətinin növbəti yığıncağı keçirilib.
"Dağlıq Qarabağın Azərbaycanlı İcması"nda yeni təyinat olub

Azərbaycan, Bakı, 14 iyun /Trend/

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin idarə heyətinin növbəti yığıncağı keçirilib.

İcmadan Trend-ə verilən məlumata görə, toplantıda icmanın 2012-ci ilin birinci yarısında gördüyü işlər müzakirə olunub və gələcək fəaliyyət istiqamətləri sahəsində fikir mübadiləsi aparılıb.

Yığıncaqda Əkbərov Orxan Nadir oğlu icmanın Əlaqələndirmə Şurasının sədri vəzifəsinə təyin edilib.

Əkbərov Orxan Nadir oğlu 1983-cü ildə ziyalı ailəsində anadan olub.

Ali təhsilinin bakalavr və magistr pillələrini dövlət xətti ilə Moskva şəhərində alıb.

Birləşmiş Millətlər Təşkilatında ekspert və layihə koməkçisi vəzifəsində çalışıb, 2010-cu ildən etibarən "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" - ASAİF-in həmtəsisçisi və sədridir.

Xəbər lenti

Xəbər lenti