...

Ermənistan yüksək hərbi hazırlıq vəziyyətinə gətiriləcək - nazir

Siyasət Materials 14 İyun 2012 20:23 (UTC +04:00)
Ermənistan hökumətinin bu gün keçirilən iclasından sonra müdafiə naziri Seyran Ohanyan bəyan edib ki, dövlət sisteminin müharibə şəraitində necə fəaliyyət göstərdiyini yoxlamaq üçün ölkədə xüsusi hərbi təlimlər keçiriləcək.
Ermənistan yüksək hərbi hazırlıq vəziyyətinə gətiriləcək - nazir

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Ermənistan hökumətinin bu gün keçirilən iclasından sonra müdafiə naziri Seyran Ohanyan bəyan edib ki, dövlət sisteminin müharibə şəraitində necə fəaliyyət göstərdiyini yoxlamaq üçün ölkədə xüsusi hərbi təlimlər keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Azatutyun" radiosu xəbər verir.

Onun sözlərinə görə, iyun ayının sonlarında baş tutacaq təlimlər zamanı Ermənistan yüksək hərbi hazırlıq vəziyyətinə gətiriləcək.

Ohanyan bildirib ki, Ermənistan Prezidenti Serj Sarkisyan dəstək xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyinə müraciət edəcək.

Xəbər lenti

Xəbər lenti