...

Oqtay Əsədov:TürkPA türkdilli ölkələrin imicinin artırılmasında böyük rol oynayır

Siyasət Materials 15 İyun 2012 11:11 (UTC +04:00)
TürkPA türkdilli ölkələrin imicinin artırılmasında böyük rol oynayır. Azərbaycan parlamentinni spikeri Oqtay Əsədov belə hesab edir.
Oqtay Əsədov:TürkPA türkdilli ölkələrin imicinin artırılmasında böyük rol oynayır

TürkPA türkdilli ölkələrin imicinin artırılmasında böyük rol oynayır. Azərbaycan parlamentinni spikeri Oqtay Əsədov belə hesab edir.

"Türkdilli ölkələr dünya sivilizasiyasının inkişafına böyük töhfə verib, onlar dəfələrlə tarixin axınını dəyişiblər. Və müasir dünyada da TürkPA türkdilli ölkələrin imicinin artırılmasında böyük rol oynayır", - Əsədov cümə günü Bişkəkdə Türkdilli Ölkələrin Parlament Assambleyalarının (TürkPA) III iclasında bildirib. Trend KirTaq-a istinadən yazır.Əsədov qeyd edib ki, "coğrafi uzaqlığa baxmayaraq, biz yenə də bir xalq olaraq qalırıq".

Azərbaycanlı spiker çıxışında öz ölkəsinin uğurlarından danışıb. "Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilib. ÜDM üç dəfə artıb. Azərbaycan çoxlu investisiyalar cəlb edib. Bizim valyuta ehtiyatlarımız 22 dəfədən çox, xarici ticarətin həcmi 7 dəfə artıb", - spiker bildirib.

"Türkdilli ölkələr arasında regional inteqrasiya gündən-günə möhkəmlənir. Biz əməkdaşlığa hazırıq. Qarşıda bizi nəhəng iqtisadi layihələr gözləyir",- o sonda bildirib.

Xatırladaq ki, Bişkəkdə "Ala Apça" dövlət iqamətgahında Türkdilli Ölkələrin Parlament Assambleyalarının (TürkPA) III iclası keçirilir. Plenar iclasın işində Qırğızıstan parlamentinin nümayəndə heyəti ilə yanaşı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti, Qazaxıstanın Parlament məclisinin rəhbəri Nurlan Niqmatulinin, Türkiyə Böyük Millət Məclisinin rəhbəri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir.

TürkPA-ya Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə daxildir.

Xəbər lenti

Xəbər lenti