...

TürkPA iştirakçısı olan ölkələrin parlamentlərinin spikerləri Bişkək bəyannaməsi imzalayıblar

Siyasət Materials 15 İyun 2012 14:14 (UTC +04:00)
TürkPA iştirakçısı olan ölkələrin parlamentlərinin spikerləri Türkdilli Ölkələrin Parlament Assambleyalarının III iclasında Bişkək bəyannaməsi qəbul ediblər və TürkPA iclasının yekun sənədlərini imzalayıblar. Trend KirTAQ-a istinadən xəbər verir.
TürkPA iştirakçısı olan ölkələrin parlamentlərinin spikerləri Bişkək bəyannaməsi imzalayıblar

Azərbaycan, Bakı, 15 iyun /Trend/

TürkPA iştirakçısı olan ölkələrin parlamentlərinin spikerləri Türkdilli Ölkələrin Parlament Assambleyalarının III iclasında Bişkək bəyannaməsi qəbul ediblər və TürkPA iclasının yekun sənədlərini imzalayıblar. Trend KirTAQ-a istinadən xəbər verir.

"Türkdilli ölkələr arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və regional dünya təhlükəsizliyinin qorunub saxlanmasına yardım göstərilməsi vacibdir",-bəyannamədə deyilir.

"Parlament Assambleyası türkdilli dövlətlər arasında ticari-iqtisadi əlaqələri möhkəmləndirməli olan türkdilli ölkələrin iqtisadi göstəricilərini birləşdirən əsas mühərrikdir. Türkdilli ölkələrin mədəni və tarixi irsini, dilini və ənənələrini qoruyub saxlamaq və artırmaq vacibdir", -bəyannamədə deyilir.

Bişkək bəyannaməsinin imzalanması ilə TürkPA-nın III plenar iclası başa çatıb. Növbəti plenar iclas 2013-cü ildə Türkiyənin paytaxtı Ankarada keçiriləcək. TürkPA sammiti bu ilin avqustunda Qırğızıstanda keçiriləcək. Sammitdə Assambleyaya sədrlik Qazaxıstana keçəcək.

Xəbər lenti

Xəbər lenti