...

Azərbaycan Pakistanın Həmzə Xeyriyyə Fonduna hədiyyə təqdim edib (FOTO)

Siyasət Materials 15 İyun 2012 15:31 (UTC +04:00)
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif əyalətlərində və şəhərlərində həyata keçirilən silsilə humanitar tədbirlərin davamı olaraq iyunun səfir Daşqın Şikarov Heybər Paxtunva əyalətinə səfər edib.
Azərbaycan Pakistanın Həmzə Xeyriyyə Fonduna hədiyyə təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İ.İsabalayeva/

Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif əyalətlərində və şəhərlərində həyata keçirilən silsilə humanitar tədbirlərin davamı olaraq iyunun səfir Daşqın Şikarov Heybər Paxtunva əyalətinə səfər edib. Azərbaycanın İslamabaddkı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə talesemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təhciz olunmuş 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qan köçürmə paketi təqdim edilib.

Heydər Əliyev Fondunun adından hədiyyə olunan təcilli tibbi yardım avtomobili vasitəsilə Əyalətin müxtəlif şəhərlərində, xüsusilə Pakistanın Əfqanıstanla sərhəddə yerləşən ucqar məntəqələrində qan xəstəliklərindən əziyyət çəkən xəstələrə təhlükəsiz qan köçürülmə xidmətləri göstəriləcək, həmçinin, Hepatit C, Hepatit B, HİV/AİDS virusunun müəyyənləşdirilməsi üçün yerli əhali arasında pulsuz testlər təşkil olunacaq.

Təqdimetmə mərasimində çıxış edən Pakistan Senatının komitə sədri senator Hajı Qulam Heydər Əliyev Fondu adından hədiyyə olunan təcili tibbi yardım avtomobilinin və 2000 ədəd qanköçürmə paketinin on minlərlə insanın müalicəsinə töhvə verəcəyini deyib. O, bu hadisənin məhz 14 iyun- Beynəlxalq Donorlar gününə təsadüf etməsini, həmçinin bu münasibətlə Azərbaycan səfirinin şəxsən qan verməsini yüksək qiymətləndirib. Komitə sədri Mehriban Əliyeva başda olmaqla, Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti