...

Azərbaycan BMT Təhlükəsizlik Şurasında türk dünyasının səsini çatdıracaq - Türkiyə parlamentinin spikeri

Siyasət Materials 16 İyun 2012 02:56 (UTC +04:00)
Azərbaycan son illər nail olduğu inkişaf səviyyəsini yalnız Avropanın deyil, bütün dünyanın bəyənərək izlədiyi "Eurovision 2012" mahnı müsabiqəsinin mükəmməl təşkili ilə nümayiş etdirdi.
Azərbaycan BMT Təhlükəsizlik Şurasında türk dünyasının səsini çatdıracaq - Türkiyə parlamentinin spikeri

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Azərbaycan son illər nail olduğu inkişaf səviyyəsini yalnız Avropanın deyil, bütün dünyanın bəyənərək izlədiyi "Eurovision 2012" mahnı müsabiqəsinin mükəmməl təşkili ilə nümayiş etdirdi. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) iclasında çıxışı zamanı bildirib.

Qeyd edək ki, sayca 57-ci olan "Eurovision 2012" mahnı müsabiqəsi bu ilin mayında Bakıda keçirilib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə parlamentinin sədri, həmçinin Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətlə təbrik edib.

"Azərbaycanın Şurada türk dünyasının səsini çatdıracağına inanırıq", - Çiçək bildirib.

Xəbər lenti

Xəbər lenti