...

İran "altılıq" ölkələrinin öz öhdəliklərini yerinə yetirməsini istəyir

Siyasət Materials 18 İyun 2012 12:04 (UTC +04:00)
İranın nüvə problemi üzrə danışıqlarda əsas müzakirəçisinin müavini Əli Baqiri "altılıq"da Çin nümayəndəsi ilə görüşdə bəyan edib ki, danışıq iştirakçıları əvvəllər əldə edilən razılaşmalara əməl etməlidirlər.
İran "altılıq" ölkələrinin öz öhdəliklərini yerinə yetirməsini istəyir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbirlər D.Xatınoğlu, E.Tarıverdiyeva/

İranın nüvə problemi üzrə danışıqlarda əsas müzakirəçisinin müavini Əli Baqiri "altılıq"da Çin nümayəndəsi ilə görüşdə bəyan edib ki, danışıq iştirakçıları əvvəllər əldə edilən razılaşmalara əməl etməlidirlər.

Trend-in məlumatına görə, Bağdadda keçirilən danışıqların sonuncu raundunda Tehran və altı ölkə öz təkliflər paketini təqdim etmişdilər.

İranın təkliflər paketinə regional təhlükəsizlik və Tehranın uranı zənginləşdirmək hüququnun tanınması daxil edilib.

İranın danışıqlardakı müzakirəçiləri bazar günü səhər saatlarında Moskvaya gəliblər.

Xəbər lenti

Xəbər lenti